H.Tilke: “Bakı əsl pilotların trasıdır”

Müasir Formula1 traslarının dizayneri olan Hermann Tilke bildirib ki, şəhər tipli trasların sayı artmalıdır.

F-1.az xatırladır ki, hazırda təqvimdə 3 şəhər trasında – Monako, Sinqapur və Azərbaycanda yarışlar keçirilir. Lakin Mayami, London və Roma kimi şəhərlərin küçələrində də tras düzəltmək gündəmdədir.

Herman Tilke: “Stasionar traslar sadəcə peşəkar sürücülər üçün yox, hər cür sürücülər üçün düzəldilir. Yəni ki, həvəskar sürücülər. 60 yaşlı adam bir yarış və ya normal maşını sürmək istəyir. Buna görə də onların təhlükəsizliyi vacibdir. Bakıdakı tras isə peşəkar sürücülər üçündür. Yaşlı və ya gənc sürücüləri oraya buraxmaq olmaz. Bu da fərq yaradır. Yeni trend şəhər tipli traslardır və bu, idman üçün yaxşıdır. Əsl küçə yarışlarımız var. Onlar Monako, Sinqapur və Bakıdır. Üçü də fərqli və xüsusidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*