L.Həmilton: Monako darıxdırıcıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Monakoda qalib gələdə belə adam darıxır.

F-1.az xatırladır ki, Monsko Formula1 tarixinin əfsanəvi traslarından biri olsa da, yarışlar darıxdırıcı keçir. Müasir dövrdə bolidlərin böyüməsi və enlənməsi ilə ötmə etmək demək olar ki, mümkün deyil. Formula1 üzrə yeddiqat Dünya Çempionu Həmilton sonuncu Monako yarışında Qaslinin arxasında ilişib qalmışdı.

Lyuis Həmilton: “Yarışı yenidən izləməyəcəm. İki yeri harada itridiyimi görmək üçün yarışın əsas anlarına baxacağam. Yarış bitəndə sevinirdim. Yerinizdən asılı olmayaraq, bu trasda sürmək adama həzz vermir. Burada rəqibləri keçmək, hətta, yaxından izləmək mümkünsüzdür. Düzdür, Monakoda qələbə gözəldir, amma burada böyük fərqlə öndə olsanız da, darıxdırıcıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*