F.Alonso: “Son nəticə pis deyil”

İki həftə əvvəl Ferrari komandası qələbə dublu qazanmışdı, amma Bəhreyndən fərqli olaraq Avstraliyada artıq sıralanma turu komanda üçün gözlənilməz alınıb. […]

İki həftə əvvəl Ferrari komandası qələbə dublu qazanmışdı, amma Bəhreyndən fərqli olaraq Avstraliyada artıq sıralanma turu komanda üçün gözlənilməz alınıb. Yarışda isə Fernando Alonso özündən arxadan start alan komanda yoldaşı Felipe Massaya uduzub, çempionatın lideri bu dəfə yalnız dördüncü olub…

Fernando Alonso: “Ümumən, son nəticədən razıyam. Startım uğurlu olmadı, bir neçə mövqe itirdim, ilk döngədə isə maşın yerində fırlandı və mən yarışa sonuncu yerdən başlamalı oldum. Bunları nəzərə alsaq, dördüncü yer heç də pis nəticə deyil. Payızda titul uğrunda mübarizədə bu xallar vacib olacaq.

Amma uğurlu finişin əsas səbəbi düzgün strategiya oldu. Maşın əla idi, biz çox uzun məsafədə təkərlərin vəziyyətini qoruya bildik. Felipenin arxasına düşdükdən sonra sürətli olmağıma baxmayaraq, onu keçməmək qərarına gəldim – ümumiyyətlə, onu keçmək heç də asan deyildi, həm də əlavə riskə ehtiyac yox idi. Əgər biz Roberti qabaqlaya bilsəydik, daha yaxşı olardı. Amma mən mövqeyimi Həmiltondan və Uebberdən qorumalı olurdum – onların təkərləri təzə idi.

Mənə elə gəlir ki, belə maraqlı yarışdan sonra biz darıxdırıcı yarışlar barədə heç nə eşitməyəcəyik!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*