Pirelli testlərdə Renault R30-dan istifadə edəcək

Bir neçə gün əvvəl Pirelli Motorsport-un başçısı Pol Hembri testlərdə istifadə üçün yeni maşının alınması üzrə komandalardan biri ilə ilkin […]

Bir neçə gün əvvəl Pirelli Motorsport-un başçısı Pol Hembri testlərdə istifadə üçün yeni maşının alınması üzrə komandalardan biri ilə ilkin razılaşmanın əldə olunması barədə xəbər vermişdi. Son iki ili şirkət testlərdə köhnə Toyota şassisi ilə işləyib, şassinin resursu çoxdan bitib, bu gün şirkət elan edib ki, Pirelli testlərdə 2010-cu ilin Renault R30 maşını ilə işləyəcək.

Bu qərar neytrallığı qorumağa imkan verir – Renault komandası artıq çempionatda iştirak etmir, deməli, heç kim üstünlük qazanmayacaq. İlk testlər may ayına planlaşdırılıb, mövsümün gedişində isə 4-5 test seriyası nəzərdə tutulub. Komandalardan hər biri testlərə öz nümayəndələrini göndərə bilərlər, amma Pirelli-nin mühəndisləri onlara heç bir məlumat verməyəcklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*