F.Alonso Renault-unun planlarından bixəbər imiş?

Nelson və Nelsinyo Pikelərin FİA-ya keçənilki Sinqapur yarışındakı qəza ilə bağlı müraciətindən sonra mətbuat Fernando Alonsonun bu insidentdə rolunu müzakirə […]

Nelson və Nelsinyo Pikelərin FİA-ya keçənilki Sinqapur yarışındakı qəza ilə bağlı müraciətindən sonra mətbuat Fernando Alonsonun bu insidentdə rolunu müzakirə edir…

15-ci yerdən start almış ispan sürücünün qısa birinci hissədən ibarət strategiyası çox uğursuz idi, amma Təhlükəsizlik Maşını uğurlu vaxtda trasa çıxa bilərdi. Alonso baklarda olan yanacağın miqdarından xəbərdar idi, deməli, TM-in trasa lazımi dövrədə çıxmasından da bixəbər deyildi. O zaman Alonso boksa hətta vaxtından tez girmişdi, amma Spada federasiya nümayəndələri və Quest agentliyinin mütəxəssisləri tərəfindən dindirilərkən Fernando planlaşdırılmış qəzadan bixbər olmasını söyləyib, vaxtından əvvəl pit-stopu isə aqresiv strategiya ilə əlaqələndirib.

Qəza barədə komandanın mühəndisləri də bilmirlərmiş, onlar da dindirilmə zamanı bunu təsdiq ediblər, həm də radiodanışıqlar zamanı mühəndislərdən biri soruşur ki, Pikeyə 14-cü dövrədə nə olub, sürücü isə deyir ki, maşını itirib. Alonsonun pit-stopundan əvvəl isə danışıqlada mühəndislər belə erkən pitin yaxşı olmadığını söyləyirlər, amma Pət Simonds deyir ki, “yox, yox, hər şey qaydasında olacaq.”

Bütün bu təfərrüatlar Autosport saytının jurnalistlərinə bəlli olub, tərəflərdən biri faktları ictimai müzakirəyə çıxarmaq qərarına gəlib, amma komandanın nümayəndələri FİA-nın Ümumdünya Şurasının iclasına qədər şərh verməkdən imtina ediblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*