F.Alonso Massanı Valensiyada əvəz edə bilər?

Bir halda ki, Felipe Massanın Valensiyada starta çıxmaması artıq məlumdur, hələ ehtimal var ki, mövsümün yerdə qalan yarışlarını da buraxacaq, […]

Bir halda ki, Felipe Massanın Valensiyada starta çıxmaması artıq məlumdur, hələ ehtimal var ki, mövsümün yerdə qalan yarışlarını da buraxacaq, Ferrari rəhbərliyi yaxın vaxtlarda onun əvəzlənməsi məsələsini həll etməli olacaq. Əgər İtaliyada Mixael Şumaherin qayıtması barədə şayiələr yayılırsa, İspaniyada isə Ferrari-dəki vakant yerə ən yaxşı namizəd Fernando Alonso hesab olunur. Bunda məntiq var: nəzəri cəhətdən ikiqat dünya çempionu Massanı ən azı Valensiyada əvəz edə bilər, çünki Renault komandası FİA tərəfindən cərimə olunub və Avropa Qran Prisini buraxa bilər…

Berni Ekklstoun: “Əgər Renault Alonsonu buraxmağa razı olsa, Ferrari isə həqiqətən ispan sürücü ilə maraqlanırsa, bu Formula1 üçün ən yaxşı variant olardı.”

Niki Lauda: “Əgər Alonso Ferrari-nin sükanı arxasına otursa, bu əla olardı. Maranello belə bir fürsətdən istifadə etməlidir. Onda həm Skuderiya, həm İspaniya, həm Alonso, həm də bütün Formula1 qazanardı.”

Amma belə bir senarini həyata keçirmək asan deyil. Laudanın fikrincə, çox şey Renault komandasının başçısı Flavio Briatoredən asılıdır, çünki müqavilə ilə Alonso bu komandaya bağlıdır. Bundan başqa tərəflərin sponsorlar qarşısında öhdəlikləri də var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*