12 Dekabr 2018, Çərşənbə - 10:14

F.Alonso Massa haqqında, F.Massa Alonso haqqında…

F.Alonso Massa haqqında, F.Massa Alonso haqqında…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:36 - 15 Yanvar, 2011

Bu gün səhər tezdən Madonna di Kampilyoda ənənəvi Wrooom tədbiri çərçivəsində Fernando Alonso və Felipe Massanın mətbuat konfransları başlayıb – […]

Bu gün səhər tezdən Madonna di Kampilyoda ənənəvi Wrooom tədbiri çərçivəsində Fernando Alonso və Felipe Massanın mətbuat konfransları başlayıb – bu il Ferrari sürücülərinin mətbuatla rəsmi ilk görüşü. Jurnalistlər sürücülərdən bir-biriləri barədə danışmağı xahiş ediblər…

Felipe Massa: “Mən Fernandoya çox hörmət edirəm, bizim münasibətlərimiz yaxşıdır, biz effektiv əməkdaşlıq edirik, ona görə heç bir problem yoxdur. Aydındır ki, mən trasda onu qabaqlamaq istəyirəm, amma bu normal istəkdir.

Keçən il alınmadı, təkərlərlə problemim var idi, amma ümid edirəm ki, bu il onunla bir səviyyədə mübarizə aparacam. Ferrari-də həmişə olduğu kimi biz eyni maşın alacayıq, mən mübarizəyə köklənmişəm və öz imkanlarıma əminəm.”

Fernando Alonso: “Mənim Felipe ilə əla münasibətlərim var, kənarda görsəndiyindən qat-qat yaxşı. Bu həftə biz xizək sürürük, axşamlar poker oynayırıq – bu çox şey deyir. Biz yaxşı dotsların elədiyini edirik, yaxşı komanda yoldaşlarının elədiklərini.

Biz bir-birimizə lazımıq, məsələn mövsümöncəsi testlər cəmi 15 gündür, biz bütün işimizi iki yerə bölürük. Bizim hər birimiz komandaya əlimzdən gələn köməyi edirik, ya yeni işə başlayırıq, ya da komanda yoldaşının yarımçıq qaldığı işi tamamlayırıq. Bu müddət ərzində biz iki müxtəlif hissədən obarət olan bir sürücü olmalıyıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 151
Teqlər
Paylaş

logo