21 Sentyabr 2019, Şənbə - 13:13

Sauber-in yeni maşını martda hazır olacaq

Sauber-in yeni maşını martda hazır olacaq

Müəllif: Elçin Zodorov, redaktor

20:52 - 18 Yanvar, 2016

Sauber komandası yeni maşınını mövsümöncəsi testlərin mart ayının ilk günlərində keçiriləcək ikinci mərhələsində təqdim edəcək.

F-1.az British Autosport-a istinadən xəbər verir ki, komanda maşını mövsümöncəsi ilk testlərə çatdırmaq əvəzinə, onun üzərində bir həftə çox işləyərək daha da təkmilləşdirməyi seçib.

Keçən payız çempionatın startı iki həftə əvvələ çəkilsə də, komanda yeni maşın üzərində işi köhnə qrafikə uyğun kompromis tədbirlər görmədən davam etdirməyi qərara alıb.

Sauber ilk testlərə 2016-cı ilə uyğun modifikasiya edilmiş 2015-ci il bolidi ilə qoşulacaq.

Qeyd edək ki, komandanın yeni maşınının adı C35 olacaq

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 434
Teqlər , , , ,
Paylaş

logo