15 Oktyabr 2019, Çərşənbə axşamı - 00:33

F.Alonso Həmiltonu sabotaj etməyi istəyirmiş?

F.Alonso Həmiltonu sabotaj etməyi istəyirmiş?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:24 - 01 Mart, 2011

Britaniya mətbuatı qalmaqallarla tanımış Tom Bauer tərəfindən yazılmış Berni Ekklstounun yeni bioqrafiyasını araşdırmaqda davam edir. Bir neçə gün əvvəl mətbuatda […]

Britaniya mətbuatı qalmaqallarla tanımış Tom Bauer tərəfindən yazılmış Berni Ekklstounun yeni bioqrafiyasını araşdırmaqda davam edir. Bir neçə gün əvvəl mətbuatda 2007-ci ildə McLaren-in düşdüyü çətin vəziyyət zamanı Ekklstoun və Maks Moslinin Ron Dennis haqqında dedikləri geniş müzakirə olunmuşdu, amma elə həmin hadisələrlə bağlı daha bir neçə fakt üzə çıxıb.

Macarıstanda sıralanma turunda Fernando Alonso təkərlərini dəyişdikdən sonra boksda ləngimişdi, buna görə də həmin ana qədər liderlik etmiş Lyuis Həmilton sürətli dövrəyə çata bilməmişdi. Bundan sonra Alonso stüardların qərarına əsasən beş yer itirməklə cərimə olunmuşdu, McLaren komandası isə yarışa görə qazandığı xallardan Mühəndislər Kubokunda mərhum olunmuşdu.

Ekllstounun yeni bioqrafiyasında Tom Bauer əmin edir ki, Macarıstanda Alonso komanda başçısı Ron Dennisi hədələyib və bildirib ki, əgər Ron Həmiltonu sabotaj etməsə, FİA-ya Pedro de la Rosa ilə yazışma barədə xəbər verəcək – Ron britaniyalı sürücünün maşınının bakına lazım olduğundan az yanacaq tökməyi mühəndislərə əmr etməliymiş ki, Lyuis finişə çata bilməsin və mövsümün son hissəsində titul uğrunda mübarizədə Alonso daha əlverişli şəraitdə olsun.

Artıq bir neçə ildir ki, Alonso və Həmilton jurnalistlərə bildirirlər ki, 2007-ci ildəki qarşıdurma arxada qalıb, amma yeni kitabın işıq üzü görməsi sürücülərə növbəti sual yağışı ilə nəticələnəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 214
Teqlər
Paylaş

logo