F.Alonso: “Ferrari – simvoldur”

İtaliyanın Gazzetta Dello Sport qəzeti bu gün ikiqat dünya çempionu Fernando Alonsodan müsahibə dərc edib, bu dəfə ispan sürücü Ferrari-yə […]

İtaliyanın Gazzetta Dello Sport qəzeti bu gün ikiqat dünya çempionu Fernando Alonsodan müsahibə dərc edib, bu dəfə ispan sürücü Ferrari-yə keçməkdən imtina etmir. Amma təsdiq də etmir…

Fernando Alonso: “Mən ispanam, mənə həmişə italyanlarla ünsiyyət asan olub – bizim ümumi mədəniyyətimiz, xarakterimiz var, biz eyni dərəcədə hissiyatlıyıq. Ferrari – simvoldur. Biz Bəhreynə gələndə Ferrari-nin azarkeşlərini görürük, Çinə gedirik – yenə də eyni şey. İndi mən Renault-da çıxış edirəm və biz bu mövsüm uğur qazanmaqdan ötrü əlimizdən gələni edirik, sonra nə olacaq – bunu zaman göstərəcək.”

Alonso McLaren-dəki hadisələri də şərh edib…

Fernando Alonso: “Mən indi Ron Dennisə cəmi bir sual vermək istəyirəm – Niyə o vaxt o mənə qulaq asmadı? Problem komandada idi, Lyuislə mənim problemim yox idi. Türkiyədə biz açıq söhbət etdik, mən dedim ki, biz titul uğrunda mübarizə aparırıq, bir-briimizə qarşı, bizim hər ikimiz qalib gəlmək istəyirik, amma əməkdaşlıq üçün vasitə axtarmalıyıq. Bu həqiqətən açıq danışıq idi, amma problem Lyuisdə yox, komandada idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*