L.Həmilton iddiaları təkzib edib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yeni müqavilə üçün hələ danışıqlara başlamayıb.

F-1.az xatırldır ki, son çıxan xəbərlərə görə altıqat Dünya çempionu yeni müqavilə üçün Mercedes-dən illik 60 milyon avro istəyib. Lakin “gümüşü oxlar” bu məbləğlə razılaşmayıb. Hətta, bəzi iddialara əsasən Həmiltin artıq Ferrari-yə keçmək barədə düşünür. Ancaq britaniyalı pilot İnstagram hesabı üzərindən bu xəbərləri təkzib edib: “Mən müqavilə barədə hələ də Toto ilə danışmamışam. Mətbuat özündən nağıllar yazır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*