M.Binotto: Mik ikinci mövsümündə güclənir

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Mik Şumaxer ilk mövsümündə çətinlik çəkəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü gələn il Haas komandası ilə Formula1-də debüt edəcək.

Mattia Binotto: “Debüt ili onun üçün çətin olacaq. Həm Formula2-də, həm də Formula3-də debüt ilində zəif olub. İkinci mövsümündə isə performansı yaxşılaşıb. Məncə, o ilk mövsümdə çox şey öyrənib özünü təkmilləşdirir və ikinci mövsümünün ikinci yarısında güclənir. Ona görə də ilk mövsüm onun üçün vacib olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*