17 Dekabr 2018, Bazar ertəsi - 09:04

F.Alonso F150-ni yoxlayıb

F.Alonso F150-ni yoxlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:39 - 29 Yanvar, 2011

Bu gün Maranelloda Ferrari F150-nin rəsmi təqdimatından sonra Fernando Alonso yeni maşını Fyoranoda trasa çıxarıb. Səhər trası bürümüş duman üzündən […]

Bu gün Maranelloda Ferrari F150-nin rəsmi təqdimatından sonra Fernando Alonso yeni maşını Fyoranoda trasa çıxarıb.

Səhər trası bürümüş duman üzündən testlərin keçirilməsi tərəddüd doğururdu, amma nahardan sonra hava düzəlib və ispaniyalı sürücü nəm trasa çıxıb – çempionatın hər komandasına reklam məqsədi ilə markirovkasız təkərlərlə kiçik sessiya keçirmək icazəsi verilir.

Sabah isə Felipe Massa yeni maşını çəkilişlər üçün trasa çıxaracaq, fevralın 1-də Ferrari komandası Valensiyada rəsmi testlərə başlayacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 265
Teqlər
Paylaş

logo