F1 və federasiya razılığa gəliblər

FIA-nın mətbuat xidməti mühüm razılaşmanın əldə olunduğunu təsdiqləyib.

Federasiya, Formula1 rəhbərliyi və komandalar 2027 və 2028-ci illər üçün texniki, idman və maliyyə reqlamentlərinə ediləcək dəyişikliklər paketini razılaşdırıblar.

Razılaşma 2026-cı il mövsümünün ilk yarışlarından etibarən güc qurğularında enerjinin bölüşdürülməsi ilə bağlı yaranan problemlər ətrafında aparılan müzakirələrin nəticəsi olub.

Razılaşdırılmış dəyişikliklər 2027 və 2028-ci illərdə daxiliyanma mühərrikləri ilə rekuperasiya sistemlərinin payının mərhələli şəkildə dəyişdirilməsini nəzərdə tutur. Buraya daxiliyanma mühərriklərinin gücünün, yanacaq axınının və rekuperasiya sistemlərinin göstəricilərinin korreksiyası daxildir.

Güc bölgüsündə daxiliyanma mühərrikinin rolu hər il artırılacaq.

2026 2027 2028
Daxiliyanma mühərriki
Maksimum güc 400 kW 420 kW 450 kW
Yanacaq axınının artırılması 5% 13%
MGU-K
Maksimum güc 350 kW 300 kW 300 kW
Ötmə rejimində maksimum güc 350 kW 350 kW 350 kW
Maksimum enerji bərpaetmə gücü 350 kW 375 kW 400 kW
Güc bölgüsü (DYM/MGU-K) 53/47 58/42 60/40

Təklif olunan dəyişikliklər iyunun 23-də Makaoda keçiriləcək Ümumdünya Avtomobil İdmanı Şurasının iclasında təsdiq üçün təqdim olunacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*