F.Massa təəccüblənib

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Ferrari-nin Karlos Saynsı transfer etməsinə görə təəccüblənib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü növbəti mövsümdən Ferrari-nin şərəfini qoruyacaq. Lakin əksəriyyət italyanların Daniel Rikkardonu transfer edəcəyini düşünürdü.

Felipe Massa: “Sözün düzü, gözləyirdim ki, Ferrari Daniel Rikkardonu transfer etsin, çünki əksəriyyət belə düşünürdü. Ancaq Mattia Binottonun Karlosu seçməsinə hörmətlə yanaşmalıyıq. Karlos istedadlıdır. Formula1-dəki ilk mövsümünə baxsanız, Ferstappenlə çox yaxın idilər. İstedadlıdır və öz üzərində işləyir. Həm fiziki olaraq, həm də komanda üçün işləyən sürücüdür. Karyerası ərzində özünü təkmilləşdirdi və McLaren-lə əla mövsüm keçirdi. Təcrübəlidir və komandanın istəklərini qarşılaya bilir.

Ferrari güclü komandalarda yarış qazanan sürücüdənsə, istedadlı sürücünü seçdi və bunu görmək gözəldir. Görək Karlos nə edəcək. Komandaya tez uyğunlaşmalıdır. Güclü komanda yoldaşı olacaq. Şarl gələcəyin çempionudur. Bəlkə də növbəti çempiondur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*