F.Alonso: Red bull-a daha yaxın idik

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Ciddədə Red Bull-a daha yaxın olublar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Səudiyyə Ərəbistanındakı yarışda az da olsa, Pereslə mübarizə aparıb və bir neçə dövrə yarışa liderlik edib.

Fernando Alonso: “Bu həftə onlara bir az yaxın idik. Red Bull komandası Bəhreyndə qaza basdığı hər an sürətli idi. Düzdür, Ciddədə də öndə idilər və onlara çatmaq mümkünsüz idi, amma bizə daha yaxın idilər.

Az da olsa, yarışda liderlik etdik və məncə, Aston Martin ilk dəfə idi ki, bir yarışda liderlik edirdi. Ümid edirəm ki, bu sonuncu dəfə olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*