F.Alonso: Nəticələr sıxdır

Bu il əla çıxışı elə seçilən Fernando mövsümdə ikinci dəfə sıralanma turunda komanda yoldaşından geri qalıb.

F-1.az xəbər verir ki, buna baxmayaraq, ispan sürücü həftəsonunun davamı barədə nikbin düşüncədədir.

Fernando Alonso: “Sıralanma turundan sonra yaxşı əhval-ruhiyyədəyəm. Bu trasda mübarizə həmişə gərgin gedir – zamana baxsanız, fərqlər çox azdır. İkinci hissədə dövrəm trasdan çıxdğım üçün ləğv edildi, ona görə də finala çıxmaq üçün əlavə təkər dəstindən istifadə etməli oldum. Nəticədə, artıq finalda mənim ixtiyarımda cəmi bir dəst var idi ki, bu da ideal vəziyyət deyil. Buna baxmayaraq, altıncı və yeddinci yerlər bizim üçün yaxşı mövqelərdir.

Şənbə günü maraqlı olacaq, çünki yağış yağa bilər və bazar günü üçün proqnoz quru hava vəd edir. Maşın sürətlidir və mən həftə sonunu nikbinliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*