Ə.Nyui Lotus Renault GP-nın mühəndislərinin işini bəyənib

İspaniyanın El Pais qəzetinə müsahibəsində Red Bull komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, Lotus Renault GP komandasının hazırladığı maşın […]

İspaniyanın El Pais qəzetinə müsahibəsində Red Bull komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, Lotus Renault GP komandasının hazırladığı maşın Ferrari 150º İtalia-dan daha çox onun xoşuna gəlib…

Ədrian Nyui: “Yeni Renault məndə daha yaxşı təəssürat oyatdı, komanda innovasiyalı qazburaxma sistemindən istifadə edir, bu sistem rəqiblərin sistemindən köklü fərqlənir. Mən bu sistemi ciddi təhlil etməmişəm, amma mühəndislər çox yaradıcı və riskli yol seçiblər, bu isə həmişə maraqlıdır.

Onların fonunda Ferrari 150º İtalia adi bir maşındır. McLaren yan pantonlarla maraqlı maşın qurub, amma mən düşünürəm ki, bu sadəcə dizayner gedişidir. Komandaların çoxu sadəcə keçənilki maşınlarını təkmilləşdiriblər, yəni ağ vərəqdən layihə üzərində işləməyiblər. Eyni zamanda rəqiblərimiz bizim keçənilki qazburaxma sistemini aktiv nüsxələyirlər, bir tərəfdən, bu zövq verir, digər tərəfdən, bir az qızıqlandırır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*