21 Sentyabr 2019, Şənbə - 11:06

Ən yüksək maksimal sürəti MGP W02 göstərib?

Ən yüksək maksimal sürəti MGP W02 göstərib?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:04 - 26 Fevral, 2011

Mövsümöncəsi testlərin nəticələrinə baxsaq, yeni Mercedes GP maşının ən sürətli adlandırmaq olmaz, amma Almaniyada dərc olunan Auto Motor und Sport […]

Mövsümöncəsi testlərin nəticələrinə baxsaq, yeni Mercedes GP maşının ən sürətli adlandırmaq olmaz, amma Almaniyada dərc olunan Auto Motor und Sport qəzeti əmin edir ki, düz yolda MGP W02-nin maksimal sürəti rəqiblərindən çox yüksəkdir.

Arxada qalmı Barselona testlərində doğrudan Mercedes GP-nin nikşaf etməsi görünürdü və Ştutqart konsernin idman proqramlarının başçısı Norbert Hauq qeyd edib ki, bu il maksimal sürət çox vacib olacaq, çünki traslarda gərgin mübarizə gedəcək.

Norbert Hauq: “Barselonada biz böyük məsafə qət edə bildik, ona görə də maşını və təkəri daha yaxşı başa düşməyə başlamışıq. Bu isə nəticələrdə özün göstərir. Əgər bizim inkişafımız düzgün istiqamətdə gedərsə, “gümüşü oxlar” hamını təəccübləndirəcəklər.”

Qəzetin ekspertləri diqqət edirlər ki, MGP W02-nin maksimal sürəti 316 km/saata çatıb – bu göstəriciyə yalnız Lotus Renault GP-nin R31 maşını yaxınlaşa bilib…

Norbert Hauq: “Liderlik uğrunda mübarizə aparanların təkərləri tezliklə yeyilə bilər, bu zaman peletonda sıralanma ciddi dəyişəcək. Üstünlük isə bərk tərkiblərdən istifadə edən və maksimum səliqəli sürücülərdə olacaq. Belə təəssürat yaranır ki, müxtəlif komandaların maşınlarının imkanları bu il bir-birinə çox yaxındır, ona görə də maksimal sürət çox vacib rol oynayacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 499
Teqlər
Paylaş

logo