McLaren yeni maşınını fevralın 14-də təqdim edəcək

McLaren komandası yeni mövsüm üçün hazırladığı maşının təqdimat tarixini açıqlayıb. Yeni MCL34 ictimaiyyətə fevralın1 4-də - Müqəddəs Valentin günündə komandanın Uokinqdəki bazasında göstəriləcək.

F-1.az xatırladır ki, 2019-cu ildə komandanın heyəti tam dəqyişilib, ona görə də MCL34-ün üzərindən örtüyü Karlos Sayns və çempionatın debütantı Lando Norris çəkəcəklər.

Qeyd edək ki, McLaren-dən əvvəl 3 komanda yeni maşının təqdimat tarixini bəyan etmişdi…

Tarix Komanda Maşın Təqdimat yeri
12 fevral Renault RS19 Enstoun, Britaniya
13 fevral Racing Point – Toronto, Kanada
14 fevral McLaren MCL34 Uokinq, Britaniya
15 fevral Ferrari – Maranello, İtaliya

Sonda isə bildirək ki, Barselonada mövsümöncəsi testlər fevralın 18-də başlayacaq…