E.Lyuks Sutili bağışlamasını elan edib

Jerar Lopesdən fərqli olaraq, Lotus komandasının digər həmsahibi Erik Lyuks uzun müddət kölgədə qalmışdı və Formula1 azarkeşlərinə tanış deyildi. Hər […]

Jerar Lopesdən fərqli olaraq, Lotus komandasının digər həmsahibi Erik Lyuks uzun müddət kölgədə qalmışdı və Formula1 azarkeşlərinə tanış deyildi. Hər şey təxminən bir il əvvəl dəyişdi – Şanxayın gecə klublarından birində Adrian Sutil Lyuksla mübahisə etmişdi.

Tərəflər baş verən insindeti müxtəlif cür təsvir edirlər, amma sonda şampan bokalının qırıntıları Sutilin əli ilə Lyuksun boğazını deşib. Məhkəmə prosesi uzun müddət çəkib və Sutilin Force İndia-dakı yerini itirməsilə nəticələnib. Amma bu gün Erik elan edib ki, artıq Sutili bağışlayıb…

Erik Lyuks: “Mən onu bağışlamışam. Hətta Adrian yenidən yarışlara qayıda bilsə, mən şad olardım. Bütün baş verənləri arxada qoydum və indi bu insidentlə əlaqədar heç bir hissiyatım yoxdur.

Adrianın cəzasının sərt olub-olmamasını mən həll etmirdim, amma təsəvvür edin ki, o bir santimetr səhv etsəydi, həyatının növbəti 20 ilini Çin türməsində keçirməli olacaqdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*