Ə.İrvayn: “Batton səhvə yol vermir”

Braziliya Qran Prisi ərəfəsində Formula1-in keçmiş sürücüsü Əddi İrvayn Radio BBC-nin efirində Censon Battonun vəziyyətini şərh edib. İrlandiyalı sürücünün fikrincə, […]

Braziliya Qran Prisi ərəfəsində Formula1-in keçmiş sürücüsü Əddi İrvayn Radio BBC-nin efirində Censon Battonun vəziyyətini şərh edib. İrlandiyalı sürücünün fikrincə, çempionatın lideri əvvəlki kimi böyük üstünlüyə malikdir və çox güman ki, üstünlüyünü qoruyub saxlayacaq, axı pressinqə baxmayaarq, Censon praktiki olaraq səhvə yol vermir…

Əddi İrvayn: “Şübhə etmirəm ki, Censon pressinq hiss edir: yada salaq ki, son yarışlarda o yaxşı nəticələr göstərə bilmir. Onun rəqibləri üzərindəki böyük üstünlüyü çox azalıb, hərçənd onun bəxti gətirib ki, mövsümün ikinci yarısında digər sürücülər də qələbə uğrunda mübarizəyə müdaxilə ediblər. Amma Censon mövsümün əvvəlində qazandığı üstünlüyünü hələ də saxlayır və inanmıram ki, bu üstünlüyü tam itirsin, amma bunu istisna etmək olmaz.

Mövsümün ikinci yarısında o əvvəlki kimi sürətli deyildi, mövsümün əvvəlində Brawn GP maşını ən sürətli idi. Amma məncə Censonun başlıca istedadı ondadır ki, o heç vaxt səhvə yol vermir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*