16 İyun 2019, Bazar - 11:17

L.Həmilton: “Hadisələri tələsdirmək istəmirəm”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:54 - 25 İyul, 2009

Lyuis Həmilton hesab edir ki, McLaren-in inkişafına baxmayaraq, Macarıstan Qran Prisində onun uğur qazanmaq şansları çox deyil. İki həftə əvvəl […]

Lyuis Həmilton hesab edir ki, McLaren-in inkişafına baxmayaraq, Macarıstan Qran Prisində onun uğur qazanmaq şansları çox deyil. İki həftə əvvəl komanda yaxşı sürət nümayiş etdirmişdi və komandanın başçısı Martin Uitmarş bu dəfə emid edir ki, sürücülər qələbə uğrunda mübarizə apara biləcəklər. Amma uik-end ərəfəsində Həmilton proqnozlarda ehtiyatlı olub…

Lyuis Həmilton: “Mən hadisələri tələsdirmək istəmirəm. Rəqiblərimiz sürətlidirlər, Nürburqrinqdə biz onlara dövrədə yarımsaniyə uduzurduq, amma bu 2.5 saniyə uduzmaqdan çox yaxşıdır. Biz işimizi davam etdirməliyik və uğur qazanmağa ümid edirik.

İndi mən vəziyyətdən çox razıyam. Əvvəl asfalta yatma qüvvəsi yox idi, maşın trasda sürüşürdü, mən güclə onu trasda saxlayırdım. Təkəri qızdırmaq mümkün deyildi, bu isə maşının effektiv işləməsinə mane olurdu. Ona görə də yenidən mübarizəyə qatılmaq çox xoşdur.

Nəhayət, biz inkişaf etmişik… Baxaq görək МP4-24 müxtəlif traslarda özünü necə göstərəcək. Ümid edirik ki, burda bəxtimiz gətirəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 216
Teqlər
Paylaş

logo