Pirelli Britaniya Qran Prisi üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün ilk doqquz Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Növbə Britaniyada baş tutacaq mövsümün 10-cu yarışı üçün təkər seçimi elan etməyə çatıb.

F-1.az xatırladır ki, Pirelli İspaniyaya bu il ilk dəfə Hard təkərləri gətirmişdi. Təchizatçı Silverstoundakı yarışa da ən sərt tərkibi aparmağı planlaşdırırdı, lakin sürücülərin kəskin tənqidlərindən sonra öz qərarını yenidən nəzərdən keçirib.

İtalyan şirkətin mətbuat xidmətindən bildirilib ki, Silverstounda komandalara Medium, Soft və SuperSoft tərkiblər veriləcək. Medium və Soft tərkiblər məcburi elan olunub. Qeyd edək ki, keçən il Britaniya Qran Prisinə Hard, Medium və Soft tərkiblər gətirilmişdi…

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi  UltraSoft SuperSoft Soft
Çin Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi UltraSoft SuperSoft Soft
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Azərbaycan Qran Prisi SuperSoft Soft Medium
Avstriya Qran Prisi UltraSoft SuperSoft Soft
Britaniya Qran Prisi SuperSoft Soft Medium
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*