G.Bergeri məyus edən nədir?

Ferrari komandasının sabiq sürücüsü Gerhard Berger italyanların yaxşı vəziyyətdə olmadığını və onları çətin günlərin gözlədiyini deyib.

F-1.az xatırladır ki, Ferrari komandası keçən il heç bir qələbə qazanmayaraq çempionatda üçüncü olmuşdular. Amma builki qayda dəyişikliklərini bir fürsət kimi görən italyanlar böyük addımlar ataraq, zirvəyə qayıtmaq istəyirlər.

Gerhard Berger: “Ferrari tənqidlərə qarşı çox həssasdır. Amma komandanın vəziyyəti pisdir və bəzi şeyləri deməliyik. Ferrari-nin qəlbimdə önəmli yeri var və onları tənqid etdiyim üçün məyusam. 2015-ci ildə bəxtləri gətirdi və bir neçə yarış qazandılar. Hamı da elə bildi ki, Maranelloda yaxşı işlər görüblər. Amma komanda hazırda Mercedes və Red Bull-dan geri qalır. Necə oldu bilmirəm, amma komanda hazırda 90-cı illərdə mən olduğum dövrlərə qayıtdı.

Aerodinamika yenə böyük rol oynayacaq. Mercedes yaxşı mühərrik hesabına son 3 ildə hegemonluq etdi. Bundan əvvəl isə hər şey aerodinamikadan asılı idi. Bəlkə də ən yaxşı mühərriyə və ya aerodinamikaya sahib olmaq qələbə üçün bəs eləməz. Artıq onlar arasında balans qurmaq lazımdır. Bəlkə də artıq sürücülərin fərq yaradacağı dövrə girmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*