Ə.Cordan: “Mixael mətin əsgərdir”

Ferrari komandasında zədələnmiş Felipe Massanı əvəz edəcək yeddiqat dünya çempionu Mixael Şumaherin Formula1-ə qayıtması barədə xəbərlər mətbuatda böyük səs-küy salıb… […]

Ferrari komandasında zədələnmiş Felipe Massanı əvəz edəcək yeddiqat dünya çempionu Mixael Şumaherin Formula1-ə qayıtması barədə xəbərlər mətbuatda böyük səs-küy salıb…

Əddi Cordan, Jordan Grand Prix komandasının keçmiş başçısı, hazırda BBC-nin şərhçisi: “Mixael Şumaher mətin əsgərdir. Vacib deyil onun 20 yaşı var, yoxsa 40 – fərqi yoxdur. Bəlkə onun reaksiyası bir az yavaşıyıb, amma onun reaksiyası həmişə hamıdan bir az sürətli olub, ona görə də, məncə, indi o hamı ilə bərabər olacaq. Onun qayıtması bütün gənc sürücülər üçün yaxşı dərs olacaq: gənclər təşvişə düşəcəklər.”

Mari Uoker, əfsanəvi britaniyalı şərhçi: “Mixaelə çox çətin olacaq. Şübhə etmirəm ki, o yaxşı fiziki formadadır və psixoloji cəhətdən də yaxşı hazırlanıb. Amma o çoxdandır sükan arxasında oturmayıb və testlər üçün vaxt yoxdur.”

Codi Şekter, 1979-cu ilin dünya çempionu: “Vaxtilə Niki Lauda Formula1 qayıtmışdı və titul da qazanmışdı, ona görə demək olmaz ki, mümkün deyil. Mixael hətta motoyarışlarda uğur qazanmağa çalışdı, onu başa düşmək olar. Amma hamı bilir ki, o Formula1 tarixində ən güclü sürücüdür, məncə, o tezliklə formada olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*