E.Okon: Monakoya öyrəşmək çətin olacaq

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, Monakoya öyrəşməkləri vaxt ala bilər.

F-1.az xatırladır ki, fransalı sürücü Monakoda sonuncu dəfə 2018-ci ildə yarışıb.

Esteban Okon: “Monako xüsusi yerdir. Formula1 barədə düşünəndə ağlınıza Monako gəlir. Bu küçələrdə Formula1 bolidi sürmək başqa həzzdir. Bu il yenə də əlimə bu fürsət düşəcək.

2018-ci ildən sonra Monakoda yarışmamışam. Əslində Fernando da mənimlə eyni vəziyyətdədir. Monako çətin trasdır. Burada bolidə güvənmək çox vacibdir. Əvvəlki iki yarışda sıralanma turunda güclü idik və bolid yaxşı görünür. Bolidi təkmilləşdirməyə davam edirik. Komandadan razıyam. İspaniyada gücümüzü göstərdik. Yarış tempində təkmilləşməliyik. Belə olan halda yaxşı nəticələr qazanarıq.

Monakoda sıralanma turu çox vacibdir. Buna görə də şənbə günü yaxşı nəticə əldə etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*