D.Riçards ərizə verməsini təsdiq etməyib

Prodrive şirkəti zavod komandasını dünya çempionatının startına hələ 2008-ci ildə çıxarda bilərdi, şirkət o zaman FİA-nın vakant olan 12-ci yerə […]

Prodrive şirkəti zavod komandasını dünya çempionatının startına hələ 2008-ci ildə çıxarda bilərdi, şirkət o zaman FİA-nın vakant olan 12-ci yerə elan etdiyi tenderdə qələbə qazanmışdı, amma o zaman federasiya Dəvid Riçardsa müştəri şassisindən sitifadə edəcəyini vəd etmişdi. Daha sonra isə müştəri maşınları qadağan olunduğundan şirkət öz planlarından əl çəkməli olmuşdu.

Bu il FİA gələn mövsümdən büdcənin məhdudlaşdırılmasını elan etdikdən sonra Prodrive yenidən Formula1-də debüt üzərində düşünməyə başlayıb. Dəvid Riçards ərəb sponsorları ilə danışıqlar aparıb, amma bu dəfə debütdən imtinaya federasiya və hazırkı komandalar arasındakı konflikt səbəb ola bilər. GPWeek həftəliyinə müsahibəsində Prodrive-ın başçısı gələn mövsüm üçün hələlik ərizə vermədiyini təsdiq edib…

Dəvid Riçards: “Mən həmişə ərizə verilməsinə ciddi münasibət bəslədiyimi söyləmişəm, bizim üçün iki faktor həlleidci ola bilər – kommersiya səmərəliliyi və çempionatda real rəqabət imkanı. Biz sadəcə peletonda yer almaq istəmirik, biz mübarizə aparmaq istəyirik.

FİA-nın dərc etdiyi yeni reqlament bu məqsədlərin reallaşdırılması üçün, yəni kommersiya baxımından səmərəli və rəqabətədavamlı komanda qurmağa potensial verir, amma biz hazırkı komandalarla danışıqlardakı qarşıdurmadan nigaranıq. Bizim üçün və bizim tərəfdarlarımız üçün stabillik hər şeydən üstündür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*