Avstriya QP barədə qərar mayın sonunadək qəbul ediləcək

Formula1 rəhbərliyi çempionatın iyulun 5-də Avstriyada başlayacağını dəfələrlə deyiblər, amma hələ heç nə rəsmiləşməyib. Yekun qərar mayın sonuna qədər veriləcək.

F-1.az xatırladır ki, Helmut Marko yarış üçün hazırlığın 3 həftə davam edəcəyini bildirmişdi, əslində isə başqa vaxt bunun üçün lazım olan müddət 3 aydır. Deməli, Şpilberqdə artıq mayın sonlarından etibarən yarış hazırlıqları başlanmalıdır. Bu müddətə təsir edəcək amillər arasında mətbuat işçilərin yarışa buraxılıb-buraxılmayacağı da var.

Əvvəlcə televiziyalar istisna, digər mətbu orqanların işçilərinin yarışa buraxılmayacağı ehtimal edilirdi, lakin indi FİA və Formula1 jurnalistlərə icazə verilməsi imkanlarını nəzərdən keçirirlər. Bu da əlavə vaxt və tədbirlər tələb edir.

Şpilberqdəki yarışla bağlı veriləcək son qərar hökumətdən asılıdır. Avstriyada karantin şərtləri tədricən yumşaldılır və ayın sonuna qədər epidemioloji vəziyyət pisləşməsə, yarışa yaşıl işıq yandırıla bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*