Avstraliyada cümə günü cərimələnən sürücülər

Avstraliyada cümə sərbəst yürüşlərində Sayns və Tsunoda xəbərdarlıq, Sebastyan Fettel isə pul cəzası alıb

Bu gün stüardların qəbul etdikləri qərarlar: Karlos Sayns 1-ci məşqlərdə Quanyu Çjounu blokladığı üçün xəbərdarlıq alıb.

Bu xəbərdarlıq qaydalarında bir qədər dəyişiklik edilib. İndi sürücü 5 xəbərdarlıqdan sonra startda 10 yer itirmək cəzası alır: bu xəbərdarlıqlarda 4-ü idman xəbərdarlığı olmalıdır.

Bildirik ki, bu ispaniyalı sürücünün mövsümdə artıq 2-ci xəbərdarlığıdır (1-ci diman xəbərdarlığı).

Yuki Tsunoda 2-ci məşqlərdə Karlos Saynsı blokladığı üçün mövsümdə 2-ci xəbərdarlığını (hər ikisi idman xəbərdarlığı) alıb.

Sebastyan Fettel 5 min avro cərimələnib – almaniyalı sürücü sessiyanın bitməsindən 5 dəqiqə keçməsini gözləmədən trasa digər nəqliyyat vasitəsilə (skuter) çıxdığı üçün belə bir cəza alıb. 1-ci sessiyanın sonunda Aston Martin-in sürücüsü trasda dayanıb və boksa qayıtmaq üçün marşaldan skuteri icarəyə götürüb, amma boksa köməkçi yolla deyil, birbaşa trasla qayıdıb

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*