Rəsmən: İmola təqvimə daxil olub

Formula1 rəhbərliyi yeni təqvimi açıqlayıb və İmola təqvimə alınıb.

F-1.az xatırladır ki, Avstraliya yarışı təxirə salınmışdı. Daha sonra isə Çinin təxirə salınacağı ilə bağlı söz-söhbətlər çıxmışdı. Beləliklə, Avstraliya yarışı rəsmən təxirə salınıb və İmola ardıcıl ikinci dəfə təqvimə daxil edilib.

Mövsüm martın 28-də Bəhreyndə başlayacaq və 18 apreldə İtaliyada davam edəcək. Mayın ikisi hazırda boş görünsə də, həmin həftəsonu Portuqaliya yarışının keçirilməsi gözlənilir.

Avstraliya yarışının noyabrın 21-də olması planlaşdırılır. Çin Qran Prisi üçün isə hələ də dəqiq tarix açıqlanmayıb. Formula1 rəhbərliyi yarışa vaxt tapmaq üçün əlindən gələni edir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*