S.Domenikali: “Nəticə çıxarmaq hələ tezdir”

Ferrari sürücüləri Felipe Massa və Kimi Rəykkönen etiraf ediblər ki, yeni maşının Melburnda nəyə qadir olmasını hələ sona qədər müəyyən […]

Ferrari sürücüləri Felipe Massa və Kimi Rəykkönen etiraf ediblər ki, yeni maşının Melburnda nəyə qadir olmasını hələ sona qədər müəyyən etməyiblər. Səhər Kimi sürətli olsa da, axşam Felipe 10-cu, Kimi isə yalnız 11-ci nəticəni göstəriblər. Amma sürücülər ümid edirlər ki, sürət ehtiyatı hələ tükənməyib…

Felipe Massa: “Sazlanmaları demək olar ki, müəyyən etmişik, amam sürəti hələ artırmaq olar. İkinci sessiyada mən yumşaq təkərlərlə süərtli dövrədə səhvə yol verdim, biz F60-ın balansını dəyişmişdik və bu səhv seçim idi.

Bundan başqa ikinci sessiyanın sonuna yaxın güclü külək qalxdı və işimizə mane oldu. Baxaq görək sabah necə olacaq.”

Kimi Rəykkönen: “Səhər maşın özünü yaxşı aparırdı, amam günorta biz sazlanmaları dəyişdik və müxtəlif variantları yoxladıq. Məncə, biz nəticələrimiz mütləq yaxşılaşdıracayıq, amma başqaları ilə müqayisədə necə olmağımızı bilmirəm: sıralanma turu hər şeyi göstərəcək.”

Stefano Domenikali: “Üç-dörd saatlıq mövsümün ilk sərbəst yürüşlərindən sonra nəticə çıxarmağa tələsməyin. Amma son illərdə adət etdiyimiz qüvvələr nisbəti dəyişib və biz yeni rəqiblərlə mübarizə aparırıq və onların sayı da artıb. Biz bugünkü proqramımızı yerinə yetirdik və indi topladığmız məlumatları təhlil etməliyik. Təkərlərin davranışı keçən ildən çox fərqlidir və daha səliqəli münasibət tələb edir.

Yumşaq təkərlər çox tez yeyilir, bərk təkərlər isə trasa pis ilişir. Biz hadisələrin belə cərəyan edcəəyini bilirdik və problemləri həll edəcəyik, maşınımızın süərti qalxacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*