D.Rayan iclasa gəlməyəcək?

Aprelin 29-da FİA-nın Ümumdünya Şurası növbədənkənar iclasına toplaşacaq və McLaren komandasının məsələsinə baxacaq, amma çox güman ki, əsas günahkar – […]

Aprelin 29-da FİA-nın Ümumdünya Şurası növbədənkənar iclasına toplaşacaq və McLaren komandasının məsələsinə baxacaq, amma çox güman ki, əsas günahkar – komandanın keçmiş idman direktoru Deyv Rayan iclasa gəlməyəcək. McLaren komandasının bir az əvvəl yaydığı mətbuat relizində Rayanla hər cür münasibətin kəsildiyi bildirilib, yeni zellandiyalı mütəxəssis artıq McLaren Group şirkətlərinin heç birində çalışmır və ekspertlər hesab edirlər ki, o iclasa gəlməyəcək.

FİA qarşısında keçmiş mütəxəssisin heç bir formal öhdəliyi yoxdur, öz gələcəyini də o idmanla bağlamağa hazırlaşmır, əksinə təqaüdə çıxmağı planlaşdırır. Amma bu şayiələr hələlik tərəflərin heç birindən təsdiq almayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*