Dörd komandanın maşını San Pauluya çatmayıb

Bəzi F1 komandaları Braziliya Qran Prisində iştirak etmək üçün lazımi avadanlıqları hələ də almayıblar. Xatırladaq ki, məşqlər sabah, noyabrın 12-də başlamalıdır.

Duman səbəbindən yükün mühüm hissəsi Meksikadan Braziliyaya çatmayıb. Auto Motor und Sport-un məlumatına görə, Ferrari, McLaren, Alfa Romeo və Haas komandaları hələ də maşınlarını almayıblar. Mühərriklər isə yalnız iki komandaya – Alpine və Aston Martin-ə çatıb.

Daha əvvəl Formula1-in rəsmi nümayəndəsi yükün gecikməsinin Braziliya Qran Prisinin keçirilməsinə təsir etməyəcəyinə əmin olduğunu bildirib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*