Dörd komanda Renault-nu dəstəkləyib

Bu gün FİA Apelyasiya Məhkəməsinin Macarıstan Qran Prisinin stüardlarının Renault komandasına qarşı tətbiq etdikləri cəriməni ləğv edən qərarın səbəbini izah […]

Bu gün FİA Apelyasiya Məhkəməsinin Macarıstan Qran Prisinin stüardlarının Renault komandasına qarşı tətbiq etdikləri cəriməni ləğv edən qərarın səbəbini izah edən sənədi dərc ediblər. Məhkəmə dörd komandanın – Red Bull, McLaren Mercedes, Ferrari və Toyota komandalarının müraciətini təsdiq edib, bu komandalar Fernando Alonsonun maşınından təkərin qopub ayrılması insidentinin araşdırılmasında Renault komandasını dəstəkləyiblər…

Sənəddə deyilir: “Məhkəmə bu insidentin araşdırılmasında FİA-nın münasibətinin ciddiliyini təsdiq edir – bu insident potensial təhlükə idi və faciə ilə nəticələnə bilərdi. Amma konkret insidentə gəlincə, potensial təhlükə bilərəkdən qanunpozuntusu ilə bir tutulmamalıdır.

Məhkəmə Red Bull Racing, Vodafone McLaren Mercedes, Scuderia Ferrari Marlboro və Toyota F1 Team komandaları tərəfindən göndərilmiş dəstək məktublarını da nəzərə alıb. Bu məktublar təsdiq edir ki, adı çəkilən komandalar belə bir insidentə bir daha yol verməyəcəklər.

Məhkəmə FİA-nın bu məktublara mövqeyini nəzərə alıb, məktublar Renault komandasını dəstəkləyir, amma məhkəmə hesab edir ki, digər komandaların da təkliflərini nəzərə almaq lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*