20 Sentyabr 2019, Cümə - 01:18

D.Morelli: “Bu, Kubitsanın 13-cü yarışı idi…”

D.Morelli: “Bu, Kubitsanın 13-cü yarışı idi…”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:34 - 11 Fevral, 2011

İtaliyalı həkimlər bildiriblər ki, Robert Kubitsa ağır qəzadan bir il sonra tam sağala bilər, ona görə də Lotus Renault GP […]

İtaliyalı həkimlər bildiriblər ki, Robert Kubitsa ağır qəzadan bir il sonra tam sağala bilər, ona görə də Lotus Renault GP komandası polaşlı sürücünün BMW Sauber-də komanda yoldaşı olmuş Nik Haydfeldi Xeres testlərinə dəvət edib. Təcrübəli alman sürücü Kubitsanın yerinə əsas namizəd kimi yoxlanılacaq.

Kubitsanın meneceri Daniel Morelli başa düşür ki, hələ proqnoz söyləmək…

Daniel Morelli: “Mən ona qəzadan, sınıq və zədələrin ağırlığından danışdım, Robert şokda idi. Biləndə ki, hələ uzun müddət Formula1-i kənardan izləməli olacaq, çox üzüldü. Axı sabah o yeni Renault R31-i Xeresdə test etməli idi. Komanda birinci dəfə Robertə uyğun olan maşın qurub…

Amma o rallini də sevir, əvvəlki 12 yarış problemsiz ötüşmüşdü, düzdür, bu barədə heç düşünmürəm, amma bu, onun 13-cü yarışı idi…”

Morelli bildirib ki, hazırda qonorar barədə az düşünür – komanda 2011-ci ildə Robertə 6 milyon Avro ödəməli idi…

Daniel Morelli: “Hər bir sürücünün sığortası var. Amma hazırda bu bizi heç narahat etmir. Biz başa düşürük ki, bizi qarşıda nələr gözləyir və Roberti yenidən kokpitə qaytarmaq üçün nə etmək lazımdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 268
Teqlər
Paylaş

logo