D.Rikkardo: Vəziyyət günü-gündən pisləşir

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, vəziyyət günü-gündən pisləşir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Amerikada yenə bərbad performans göstərərək, xalsız qalıb.

Daniel Rikkardo: “Nə deyim bilmirəm. Düzünü desəm, 2022-ci il ərzində tempim zəif idi. Çox geri qaldım. Bolidi güvənə bilmirəm. Sürətli gedəmmirəm və hücum edə bilmirəm. Niyə bu qədər geridəyəm, anlamıram.

Texası və Ostini sevirəm, amma bu yarışdan razı qalmadım. Düşünürəm ki, bundan pisi olmaz, ancaq elə deyil. Növbədə məni nə gözləyir? Məyusluq hazırda hiss etdiklərimin yanında heç nədir.

Yarış çətin keçdi. Asfaltla ilişmə pis idi. Limitlərdə sürə bilmədim. Yenə də başımızı aşağı salıb, problemin həllini tapmağa çalışacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*