D.Kvyat: “Red Bull-da siyasi oyunlar gedir”

Rusiyalı sürücü Red Bull-da pərdə arxasında bir çox siyasi həmlələrin edildiyini düşünür.

F-1.az xəbər verir ki, Red Bull-un Ferstappen və Kvyatın yerini dəyişməsi barədə danışan rus pilot hadisənin ona təsirindən bəhs edib.

Daniil Kvyat: “Formula1 ancaq trasda etdiklərimizdən ibarət deyil. Trasdan kənarda da çox şey var və demək istəmirəm. Bunlar məndə qalsın. Mənim yaddaşım çox yaxşıdır və onların bu qərarını xatırlayacam. İndi Toro Rosso-dayam. Çox sevdiyim bir komandadır və hisslərimin qarşılıqlı olduğunu görə bilirəm”.

Kvyat məlum qərardan şoka düşdüyü bildirir: “Əgər bir mövzuda şayiələr gəzirsə, bundan mütləq xəbərimiz olur. Mən Red Bull-a keçdiyim ilk gündən belə söhbətlər eşidirdim. Mən isə diqqətimi işimə yönəltdim və sükan arxasında istedadımı göstərdim. Amma bunlar kifayət etmirmiş. Soçidən sonra bunu gözləmirdim. Təəccübləndirici idi.”

Daniil bu hadisələrin onu daha güclü sürücü etdiyini düşünür: “Bir neçə gün ərzində çox düşündüm. Həyata və Formula1-ə aid çox şey öyrəndim. Bunlar da məni daha güclü insan və daha yaxşı pilot etdi. Yenə deyirəm, təəssüflər olsun ki, Formula1 bizim traslarda etdiklərimizdən ibarət deyil…”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*