D.Kvyat: “Bolid işə düşmədi”

Red Bull komandasının sürücüsü Daniil Kvyat Avstraliya QP-də start ala bilməyib və yarışı kənardan izləməli olub...

F-1.az xatırladır ki, Daniil Kvyatın bolidi isinmə dövrəsində problemlə üzləşib və yarı yolda qalıb.

Xatırladaq ki, Kvyat sıralanma turunda 18-ci yeri tutmuşdu. Amma isinmə dövrəsinin sonunda bolid gözlənilmədən yolda dayanıb, onda görə də digər sürücülər ikinci isinmə dövrəsinə yollanıblar.

Rusiyalı sürücünün bolidi Bəhreyn QP-dən əvvəl təzədən sazlanacaq. Kvyat inanır ki, yeni sazlanmalar ona uğur gətirəcək: “Belə görürəm ki, boliddəki elektrik problemi məni yarışa başlamağa qoymadı. Məncə, mənim bəxtim Avstraliyada gətirmir.

Bolid özbaşına dayandı. Deyəsən, bu gün yarışmaq istəmədi, amma Bəhreyndə biz qayıdacayıq və mübarizə aparmağa davam edəcəyik.

Keçən il olsaydı, yarışa başlamadığım üçün məyus olardım, amma bu il çox güclüyəm. Ona görə də işlər qaydasına düşəcək. Həyatdır. Yarışlarda belə şeylər ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*