Ç.Uaytinq Nyu Dehli trasının tikintisinə baş çəkib

FİA-nın yarış direktoru Çarli Uaytinq gələcək Hindistan Qran Prisinin arenasına gəlib. Onun əsas məqsədi tikinti işlərinin gedişinə qiymət verməkdir – […]

FİA-nın yarış direktoru Çarli Uaytinq gələcək Hindistan Qran Prisinin arenasına gəlib. Onun əsas məqsədi tikinti işlərinin gedişinə qiymət verməkdir – xüsusilə keçənilki Cənubi Koreya hadisələrindən sonra federasiya bu dəfə bütün işlərin vaxtında görülməsinə ciddi diqqət ayırır.

Nyu Dehli avtodromunda son asfalt qatının döşənməsi martın 15-də başa çatacaq, hələlik isə asfaltın altındakı beton ötrüyü tam döşənib, təhlükəsizlik zonalarında işlər tam gedir, köməkçi yollar döşənir.

Samir Qaur, təşkilatçı JPSİ şirkətinin icraçı direktoru: “Biz Çarlinin keçən səfərindən sonra xeyli iş görmüşük, ona görə Çarki bu dəfə də bizdən razı qaldı. Birinci Hindistan Qran Prisinə hazırlıq tam gedir və biz trasın tikintisini vaxtından əvvəl qurtaracayıq.”

FİA-nın son təftişi iyunun 30-a nəzərdə tutulub, trasda ilk yarış isə oktyabrın 30-da keçirilməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*