21 Sentyabr 2019, Şənbə - 17:19

C.Ki Force İndia-nı tərk edib

C.Ki Force İndia-nı tərk edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:25 - 25 Fevral, 2010

Force İndia komandası bu gün elan edib ki, texniki direktor Ceyms Ki tutduğu vəzifədən azad olunub, martın 1-dən bu vəzifəni […]

Force İndia komandası bu gün elan edib ki, texniki direktor Ceyms Ki tutduğu vəzifədən azad olunub, martın 1-dən bu vəzifəni komandanın baş kosntruktoru Mark Smit tutacaq.

Ki hələ Jordan-ın vaxtından komandada idi, britaniyalı mütəxəssis karyerasını 1988-ci ildə telemetriya mühəndisi kimi başlamış, 2005-ci ildən isə texniki direktor təyin olunmuşdu. Hər iki tərəf bu addımın səbəblərini açıqlamayıb…

Ceyms Ki: “Bu komandada mən akryeramın böyük bir hissəsini keçirmişəm, ona görə də bu asan qərar olmadı, amma mən hiss etdim ki, başqa imkanları nəzərdən keçirmək vaxtı yetişib. dörd komanda sahibi dəyişdikdən sonra biz poul və podium qazanmağa imkan verən maşın qura bildik – bu bizim səylərin kulminasiyası idi.

Komandanı tərk etmək mənə çox ağırdır, amma səbirsizliklə yeni çağırışı gözləyirəm. Yeni VJM03 artıq trasdadır, ilk nəticələr nikbin olmağa əsas verir və mən Force İndia-ya qarşıdakı yarışlarda müvəffəqiyyətlər arzulayıram.”

Vicey Malya: “Biz Ceymsə sadiqliyinə görə minnətdarlıq etmək istəyirik – o bu komandada 12 il işləyib, bu vaxt ərzində komanda sahibi 4 dəfə dəyişib, amma Kinin işlədiyi maşınlar həmişə uğur qazanıblar. Biz ona gələcək işlərində uğurlar arzulayırıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 337
Teqlər
Paylaş

logo