C.Fizikella Lə Man seriyasında starta hazırlaşır

Bu həftənin sonunda Fransanın Pol Rikar trasında Lə Man seriyasının birinci mərhələsi keçiriləcək – “Lə Kastellenin 8 saatı”. Uik-end ərəfəsində […]

Bu həftənin sonunda Fransanın Pol Rikar trasında Lə Man seriyasının birinci mərhələsi keçiriləcək – “Lə Kastellenin 8 saatı”. Uik-end ərəfəsində Ferrari-nin mətbuat xidməti marafonda Cankarlo Fizikellanın iştirakı barədə reliz yayıb…

Relizdə deyilir: “Maranello, 7 aprel. Lə Man seriyasının beş mərhələdən birincisinin startına bir neçə gün qalır – birinci yarış Fransanın Pol Rikar avtodromunda baş tutacaq. Bir ay əvvəl bu trasda seriyanın testləri keçirilmişdi, indi isə tras yarış fəaliyyətinin qırxillik yubileyini qeyd edir.

Skuderiyanın üçüncü sürücüsü üçün bu yarış əlamətdar olacaq, yarış bütün sürücülərə əfsanəvi “Lə Manın 24 saatı” yarışı ərəfəsində forma yığmağa imkan verəcək. Mərhələ cümə günü iki sərbəst yürüşlər sessiyası ilə başlayacaq, şənbə günü isə daha bir sərbəst yürüş sessiyası və sıralanma turu keçiriləcək, yarış isə bazar günü saat 11:00-19:00 aralığına planlaşdırılıb.

Finlandiyalı çempion Toni Vilander və 1991-1995-ci illərdə Formula1-də Ferrari-nin şərəfini qorumuş Jan Alezi ilə bir ekipajda Fizikella ilk dəfə GT2 yarışlarına AF Corse komandasının hazırladığı üç maşından birinin sükanı arxasında qatılacaq. Qələbə uğrunda mübarizə aparacaq 14 maşın arasında altı Ferrari F430 GT olacaq.””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*