Campos-un adı dəyişdirilib

Bu gün rəsmən elan olunub ki, Campos komandasının adı dəyişdirilib – komanda 2010-cu ildə HRT F1 (Hispania Racing F1 Team) […]

Bu gün rəsmən elan olunub ki, Campos komandasının adı dəyişdirilib – komanda 2010-cu ildə HRT F1 (Hispania Racing F1 Team) adı altında çıxış edəcək, sabah komanda İspaniyanın cənub-şərqindəki Mursiyada təqdimat mərasimi keçirəcək, elə ordaca yeni maşının rəng çalarları nümayiş olunacaq, sürücülərin adları bildiriləcək. Çox güman ki, sükan arxasına Brunoa Senna və Karun Çandhok oturacaqlar, Xose Mariya Lopes isə ehtiyat sürücü müqaviləsini imzalayacaq.

Komandanın keçmiş başçısı Adrian Kampos icraçı direktor səlahiyyətlərini icra edəcək, Kolin Kolles isə komandaya başçılığını davam etdirəcək…

Kolin Kolles: “Komandanın yeni adı hər şeyi deyir – bizim Formula1-də məqsədimizi əks etdirir, hazırda biz martın 14-də Bəhreyndə starta çıxmaq üçün əlimizdən gələni edirik. Biz yeni komandayıq və fəxr edirik ki, Ferrari, McLaren, Williams və Lotus kimi əfsanələrlə yanaşı bokslarda dayanacayıq, amma yaxın illərdə biz adımızı və nüfuzumuzu daha yüksəklərə qaldrımaq fikrindəyik.”

Problem bundadır ki, dünya avtoidmanında HRT abbrevaturalı komanda var – Holden Racing Team, bu komandaya uzun müddət General Motors dəstək verirdi, amma hüquqşünaslar hələlik heç bir problem görmürlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*