C.Rassell: Təki podium olsun

Williams komandasının sürücüsü Corc Rassell bildirib ki, podiuma necə çıxmağın fərqi yoxdur.

F-1.az xatırladır ki, britaniyalı sürücü Belçikadakı sıralanma turunda ikinci olmuşdu. Lakin bərk yağan yağışa görə yarış baş tutmadı. Sürücülər yarım xal almaq üçün təhlükəsizlik maşınının arxasında iki dövrə vurdular və yekunda onluqdakı sürücülərə yarım xal verildi. Beləliklə, Corc Rassell karyerasında ilk dəfə podiuma yüksəlmiş oldu. Williams komandası isə 2017-ci ilin Azərbaycan yarışından sonra podium gördü.

Corc Rassell: “Podiuma necə yüksəldiyinizin fərqi yoxdur. Həmişə sıralanma turunda güclü olsaq da, bunun qarşılığını ala bilmirdik. Bu günü bunu bacardıq.

Lakin azarkeşlərə görə məyusam. Bu müddət ərzində buranə tərk etmədilər və bizi dəstəklədilər. Yarışın başlamaması pis oldu. Ancaq mənim üçün də, komandam üçün də əla nəticədir.

Sıralanma pilotu olmaq axır ki, işə yaradı. Axşam bunu qeyd edəcəyik. Bütün komanda buna layiqdir, çünki son illərdə çox işləyirik. Dünən əla sıralanma turu keçirdim və bu gün podiumdayam. Bu il bunu gözləyirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*