12 Dekabr 2018, Çərşənbə - 09:52

C.Haas: “Məğlub olanda axmaq, qalib gələndə Ferrari kömək edir”

C.Haas: “Məğlub olanda axmaq, qalib gələndə Ferrari kömək edir”

Müəllif: Rauf Hacıyev, redaktor

16:14 - 22 Aprel, 2018

Haas-ın sahibi Cin Haas bildirib ki, rəqiblərin şərhlərinə görə məyusdur.

F-1.az xatırladır ki, amerikalı komanda Avstraliyada mövsümə əla başladıqdan sonra rəqibləri onları keçənilki Ferrari-ni nüsxələməkdə ittiham etmişdilər.

Cin Haas: “Şərhlər məyusedicidir. Uğursuz olanda “axmaq Amerika komandası” adlandırılırıq. Lakin uğurlu olanda “Ferrari-nin komandası” adlandırırlar. Bu sözlər bizim işçilərimizə hörmətsizlikdir. Bolidimiz çox fərqlidir. Radiatorlar və saydpodlarımızın iş mexanizmi fərqlidir. Bu fikirləri nüsxələmək olmaz. Hamısını onlar yığdı. Force İndia, Williams və Toro Rosso-nun mühərrik istehsalçıları ilə fərqli münasibətləri var.

Biz bolidimizi özümüzün düzəltdiyini deyib güclü rəqiblərə qarşı mübarizə aparsaq, yalan olar. Bunu edə bilmərik. Ferrari və Haas arasında münasibət yaxşıdır. Hər iki tərəf müqavilədəki şərtlərə riayət edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 181
Teqlər ,
Paylaş

logo