25 Avqust 2019, Bazar - 02:37

Bu gün motor reqlamentinin taleyi həll oluna bilər

Bu gün motor reqlamentinin taleyi həll oluna bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:57 - 23 İyun, 2011

Bu gün Hitrou aeroportunun konfrans zalında Formula1-in Komissiyasının iclası baş tutacaq. Jan Todt, Berni Ekklstoun, komandaların, Pirelli-nin, motor istehsalçılarının və […]

Bu gün Hitrou aeroportunun konfrans zalında Formula1-in Komissiyasının iclası baş tutacaq. Jan Todt, Berni Ekklstoun, komandaların, Pirelli-nin, motor istehsalçılarının və sponsorların nümayəndələri 2013-cü ildən qüvvəyə minəcək motor reqlamentini müzakirə edəcəklər.

Bir az əvvəl FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Jan Todtun 1.6 litrlik dördsilindirli turbomotorlara keçməsini təsdiq edib, amma bu təklifin tərəfdarından çox, əleyhdarı var – Ekklstoun və dörd motor istehsalçısından üçü ya reqlamentdə dəyişikləri yenidən nəzərdən keçirməyə, ya da bu dəyişikliklər bir neçə il təxirə salmağa təkid edirlər. Todt və Renault motor istehsalçısı isə, əksinə, reqlamentin göstərilən müddətdə, göstərilən qaydada həyata keçirilməsinə təkid edirlər, əks halda, Fransa şirkəti çempionatı tərk edə bilər.

Bugünkü görüş texniki deyil, siyasi xarakter daşıyır – hər iki tərəf kompromis axtarmır, yekun qərar isə FİA-nın prezidentinin təsir dərəcəsini göstərəcək – ya Todt Renault-nu itirməyə razı olacaq, ya da öz mövqeyinin üstündə duracaq.

Görüş ərəfəsində Berni Ekklstoun Komissiyanın üzvlərinə məktubla müraciət edərək bildirib ki, Ümumdünya Şurasının bu məsələdə səsverməsi qaydalara ziddir, ona görə bu məsələ də görüşdə müzakirə olunacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 251
Teqlər
Paylaş

logo