M.Rivola: “O, mənim Fettelim deyil”

Toro Rosso komandasında Sebastyan Fettellə birgə işləmiş Massimo Rivola 2018-ci ildə almaniyalı sürücünü tanıya bilməyib.

F-1.az xatırladır ki, Fettel keçən il çempionluğun real namizədlərindən sayılsa da, etdiyi səhvlərə görə çempionluğu Həmiltona hədiyyə etmişdi.

Massimo Rivola: “Nə baş verdiyini bilmirəm. İdmançıların formada olması üçün hər şey qaydasında germəlidir. 2018-ci ildəki Fetteli tanımıram. O, mənim Fettelim deyil. Ümidim Şarl Leklerədir.

Ümid edirəm ki, Binotto yaxşı işləyər, amma bu, Maranelloda mümkün deyil. Lakin uğurlu olmaq üçün hər şeyə sahibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*