22 Avqust 2019, Cümə axşamı - 17:29

Britaniyanın F3 çempionatında dəhşətli qəza! (video)

Britaniyanın F3 çempionatında dəhşətli qəza! (video)

Müəllif: Elçin Zodorov, redaktor

08:43 - 31 May, 2016

Keçən həftəsonu başımızın Monako Qran Prisinə qarışdığı bir vaxtda digər seriyalarda da maraqlı hadisələr vaş verib.

F-1.az xəbər verir ki, Britaniyanın F3 çempionatında Carlin komandasının tərkibində çıxış edən hindistanlı Ameya Vaidyanatan etdiyi qəza ilə tamaşaçıları qorxudub. Yarışa 6-cı yerdən başlayan sürücü startda 4 yer itirib və 10-cu yerə qədər geriləyib. Startda 5 yer əldə etmiş Cənubi Afrikadan olan HHC Motorsport komandasının sürücüsü Sisa Nqebulananın arxasında gedən Ameya onunla toqquşub və ağır qəza yaşanıb. Yarışın təşkilatçıları qəzadan sonra Ameyanın özündə olduğunu və hər ehtimala qarşı müayinə üçün tibbi mərkəzə aparıldığını bildiriblər. Qısa bir müddətdən sonra pilot tibbi mərkəzdən buraxılıb.

Ameya Vaidyanatan: “Sisa döngədən yavaş çıxdı və mən onun yanına çatdığım anda təəssüf ki, bizim təkərlərimiz toqquşdu və qəza oldu. Sonra mən bir neçə zərbə hiss etdim, amma nəyin baş verdiyini anlamırdım. Özümü itirmədim, amma bir müddət ağrılar hiss etdim. Qəzadan sağ-salamat qurtulduğum üçün, belə etibarlı maşın düzəltdikləri üçün mühəndislərə təşəkkür edirəm”.

Yeri gəlmişkən, qəzada günahkar hesab olunan Sisa Nqebulananın nəticələri ləğv edilib və ona 4 cərimə balı verilib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 886
Teqlər , , ,
Paylaş

logo