Portuqaliya-2021: Üçüncü sərbəst yürüşlər

Dünən bir çox sürücü təkərləri yaxşı işlədə bilməyib, bu da öz növbəsində qüvvələr nisbətinə öz təsirini göstərib. Düzəlişlər edilib və bu gün daha çox asfaltla ilişmə əldə etməyə çalışılıb.

F-1.az bildirir ki, sessiya Şumaxerin yerində fırlanması ilə başlayıb. Alman sürücü dünən hələ belə sürüşkən tras görmədiyini bildirmişdi. Daha sonra Rəykkönen və Norrisin də başına oxşar hadisə gəlib, lakin hər 3 halda maşınlara zərər dəyməyib.

Dünəndən fərqli olaraq, bu gün trasdan tam çıxmanın qadağan oldunduğu döngələrə 14-cü döngə də əlavə edilib və belə zonaların sayı 4-ə yüksəlib. Bu məşqlər ərzində 23 nəticə ləğv edilib.

26-cı dəqiqədə külək reklam lövhəsini uçurduğu üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Sonlara yaxın Mazepin çınqıllığa çıxıb, lakin maşını boksa çatdıra bilib.

Protokollara 1:18.489-lük nəticə ilə Maks Ferstappen başçılıq edib. Bizi 2 saat sonra gərgin poul mübarizəsi gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:18.489 21
2 44 Lyuis Həmilton Mercedes AMG 1:18.725 + 0:00.236 21
3 77 Valtteri Bottas Mercedes AMG 1:18.820 + 0:00.331 19
4 11 Serxio Peres Red Bull 1:18.840 + 0:00.351 24
5 31 Esteban Okon Alpine 1:18.860 + 0:00.371 18
6 16 Şarl Lekler Ferrari 1:19.001 + 0:00.512 23
7 55 Karlos Sayns Ferrari 1:19.050 + 0:00.561 24
8 4 Lando Norris McLaren 1:19.272 + 0:00.783 18
9 10 Pyer Qasli AlphaTauri 1:19.374 + 0:00.885 25
10 7 Kimi Rəykkönen Alfa Romeo 1:19.415 + 0:00.926 25
11 22 Yuki Tsunoda AlphaTauri 1:19.485 + 0:00.996 25
12 3 Daniel Rikkardo McLaren 1:19.582 + 0:01.093 19
13 99 Antonio Covinatsi Alfa Romeo 1:19.588 + 0:01.099 23
14 14 Fernando Alonso Alpine 1:19.949 + 0:01.460 20
15 47 Mik Şumaxer Haas 1:20.033 + 0:01.544 21
16 18 Ləns Stroll Aston Martin 1:20.090 + 0:01.601 17
17 63 Corc Rassell Williams 1:20.127 + 0:01.638 18
18 5 Sebastyan Fettel Aston Martin 1:20.214 + 0:01.725 21
19 6 Nikolas Latifi Williams 1:20.681 + 0:02.192 19
20 9 Nikita Mazepin Haas 1:20.690 + 0:02.201 20
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*