19 Avqust 2019, Bazar ertəsi - 12:00

Macarıstan-2016: İkinci sərbəst yürüşlər

Macarıstan-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:50 - 22 İyul, 2016

Əgər səhər asfalt gecə yağan güclü yağışdan sonra soyuq idisə, nahardan sonra qızmar günəş şüaları altında yeni asfalt örtüyünün temperaturu +40 dərəcəni keçib. Ona görə də komandalar yeni örtükdə təkərlərin davranışını qiymətləndirmək üzrə işlərini davam etdiriblər.

F-1.az bildirir ki, sessiyanın 12-ci dəqiqəsində marşallar qırmızı bayraqlara əl atıbalr – Həmilton 11-ci döngədə qəzaya uğrayıb, maşın yerində fırlandıqdan sonra böyrü üstə baryerlərə çırpılıb.

Lyuis boksa qayıdıb və bir daha trasa çıxmayıb – qəza anında yüklənmə 12G olduğu üçün britaniyalı sürücü tibbi mərkəzə göndərilib, amma Lyuis tezliklə ordan buraxılıb. Baryerlərin bərpası 7 dəqiqə çəkib.

Fernando Alonso da boksda vaxt itirib – nahar zamanı mexaniklər ispaniyalı sürücünün maşınında mühərriyi dəyişməli olublar.

Colion Palmer nahardan əvvəl olduğu kimi, yenə də boksda ləngiməli olub. Nasr və Sayns isə trasda dayanaraq işlərini vaxtından əvvəl qurtarıblar.

Protokollara Niko Rosberq başçılıq edib – 1:20.435, Kimi Rəykkönen isə ən böyük məsafəni qət edib – 46 dövrə. Sabah səhər məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:20.43545
23Daniel RikkardoRed Bull1:21.030+ 0:00.59536
35Sebastyan FettelFerrari1:21.348+ 0:00.91331
433Maks FerstappenRed Bull1:21.770+ 0:01.33535
544Lyuis HəmiltonMercedes AMG1:21.960+ 0:01.5254
67Kimi RəykkönenFerrari1:22.058+ 0:01.62346
714Fernando AlonsoMcLaren1:22.328+ 0:01.89321
822Censon BattonMcLaren1:22.387+ 0:01.95234
927Niko HülkenberqForce İndia1:22.449+ 0:02.01441
1011Serxio PeresForce İndia1:22.653+ 0:02.21838
1121Esteban QutyerresHaas1:22.673+ 0:02.23838
1219Felipe MassaWilliams1:22.681+ 0:02.24639
1355Karlos SaynsToro Rosso1:22.689+ 0:02.25424
1477Valtteri BottasWilliams1:22.773+ 0:02.33838
158Roman QrojanHaas1:22.864+ 0:02.42928
1626Daniil KvyatToro Rosso1:22.948+ 0:02.51343
1720Kevin MaqnussenRenault1:23.347+ 0:02.91241
189Markus ErikssonSauber1:23.437+ 0:03.00236
1930Colion PalmerRenault1:23.528+ 0:03.09312
2012Felipe NasrSauber1:23.986+ 0:03.55131
2194Paskal VerlyaynManor1:23.992+ 0:03.55722
2288Rio HaryantoManor1:24.265+ 0:03.8303

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 330
Teqlər , , , ,
Paylaş

logo